1. Nəvaziş və mehribanlıq əlaməti olaraq birini qolları arasına alıb döşünə basmaq, ağuşuna almaq. □ Ana uşağını qucaqladı.
2. Qolları arasına almaq. □ Dizlərini qucaqlamaq.
3. Məcazi mənada: bərk-bərk yapışmaq, tutmaq. □ Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. (A.Şaiq).