Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qrafomaniya

yun. grapho – yazmaq, çəkmək, təsvir etmək + mania – ehtiras, meyil

Ədəbi nəşrlərdə dərc edilmək iddiası ilə əsər yazmağa patoloji meyil.

Q.-nın arasıkəsilmədən məhəbbət məktublarının yazılması ilə təzahür edilən eretoqrafomaniya forması da mövcuddur ki, bu, təbabətdə ruhi xəstəlik kimi qəbul edilir. Psixiatriya kontekstindən kənarda Q. anlayışı ədəbiyyatda qəbul edilmiş estetik meyarlara məhəl qoymadan qeyri-adi məhsuldarlıqla yazan şair və yazıçılara şamil edilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti