Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qarı1

Qatı, qəddar.

Qarı düşmən bir də gəlib dost olmaz,

Əlin tutub yalvarasan yüz ha yüz.

                               (“Nəcəf və Pərzad”)

qarı2

Dastanlarda həm xeyri, həm şəri təmsil edən obraz.

Qarıların cürbəcür adları var: qarı var, ipək, qarı var, köpək, qarı var, zol gəzən, qarı var, zol qırtan, qarı var, qanqal qopardan, qarı var, iman-quran nəsib olsun. Qarı var, ilan, qurbağa, çayan cəmdəyinə dolsun. Qarı var, qılçasından tut at dalına, ağzı harda durar, durar. (“Nəcəf və Pərzad”)

                                                                               *

Qarılar cürbəcür olur: Pərcahan, Hürcahan, Zorcahan; Napak qarı, İpək qarı, Köpək qarı... (“Alı xan”)

                                                                             *

Dünyagörmüş qarıları yığdılar. Bir iman-quran qarı var idi. Görən kimi dedi:

– Buna ağası buta verib. (“Müğüm şah”)

Azərbaycan dastanlarının leksikası