Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qar xətti

Yer səthində bərk atmosfer yağıntılarının miqdarının ərimə və buxarlanmadan üstün olduğu şərti hündürlük zolağı.

Bu hündürlük səviyyəsi istilik və rütubətlilikdən, həmçinin relyefin xüsusiyyətlərindən asılıdır. Qarın əriməyə macal tapmadığı sahələrdə ilin əksər hissəsi havanın temperaturu 0°C-dən aşağı olur. Yer səthinin Q.X. tropik enliklərdə 5000-6500 m-dən, ekvatorial enliklərdə 4400 m-dən, subtropikmülayim enliklərdə 2800-3500 m-dən, qütb enliklərinə doğru 0 m-dən keçir. Azərbaycanda Q.X.-nin çoxillik orta hündürlüyü 3800-4000 metr təşkil edir, lakin müxtəlif bölgələrdə ildən-ilə fərqlənir; məsələn, respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Quba-Qusar ərazilərində Q.X. 2013-cü ildə 1680 m-dən, 2014-cü ildə 2180 m-dən keçib. Dağlarda Q.X.-ndən yuxarıda buzlaqlar yaranır.

Coğrafiya terminləri lüğəti