Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qabarmaq1 [qabarmax] feil

Qabar əmələ gəlmək, qabar olmaq, bərkimək. □ ..ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. (Mir Cəlal).


qabarmaq2 [qabarmax] feil

1. Yüksəlmək, qalxmaq, daşmaq. □ Dağlarda qarlar əriyincə, çayların suyu qabarırdı. 

2. Köpmək, şişmək. □ Xəmir qabarır.
3. Ürpərmək, dikəlmək, dik-dik durmaq, biz-biz durmaq. □ Xoruzun tükləri qabardı.
4. Acıqlanmaq, sərt söz demək. □ Ata hərəkətinə görə oğlunun üstünə qabardı.
5. Məcazi mənada: ruha gəlmək, ruhlanmaq, coşmaq. □ Sən coş ki, qabarım mən də səninlə; Aşığam, qoy çalım saz bayramına. (Ə.Cavad).
6. Məcazi mənada: iftixar hissi duymaq, iftixar etmək; son dərəcə sevinmək, ruhlanmaq.

Həmçinin bax:

frazeologizm: üzünə qabarmaq Azərbaycan dilinin izahlı lüğəti