Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qaşqa1

Balakən, Basarkeçər, Borçalı, Hamamlı, Xaçmaz, Qazax, Mingəçevir, Şəmkir, Şəki, Tovuz, Zaqatala

Alın. □ Qaşqağa nə yazılıptısa, honu görcaxsan (Zaqatala); Qaşqamnan yara çıxıfi (Borçalı); Güllə canavarın qaşqasınnan dəymişdi (Balakən); Daşnan vurufi, qaşqasını yarale:fi gədənin (Hamamlı); Güllə yazuğun qaşqasinə dəgdi (Xaçmaz).

qaşqa2

Başkeçid, Borçalı, Qazax, Laçın, Şəmkir

Sırtıq.  Bəsdi, qaşğa uşağ olma (Borçalı); Ə:, nə qaşqasan, sözə də baxmersan heç (Qazax); Bu nə qaşqa uşaxdı, heç adamın sözünə baxmer (Şəmkir); Adam qaşqa olmaz, böyüyün sözünə baxar (Laçın).

Azərbaycan dilinin dialektoloji lüğəti