Kapitalizmin inkişafının müəyyən mərhələsində bir çox ölkələrdə (Böyük Britaniya, Fransa, ABŞ, Almaniya, Yaponiya, İtaliya və s.) mövcud olmuş monometallik pul sistemi.
Q.S. sistemində qızıl ümumi ekvivalent rolunu oynayıb və pul dövriyyəsinin əsasını təşkil edib. Ölkənin kağız pul vahidi qızıl paritetə malik olub və qızılın pul nişanları ilə dəyəri həmin paritetə uyğun gəlib. Banklar kağız pulları bu paritetə uyğun olaraq sərbəst şəkildə qızıla dəyişib. Q.S. üçün qızıl sikkələrin sərbəst tədavülü və pulun bütün funksiyalarını yerinə yetirməsi səciyyəvi olub. Qızıl sərbəst surətdə ixrac və idxal edilib. Q.S.-dan I Dünya müharibəsi (1914–1918) zamanı imtina edilib və o, kağız pul dövriyyəsi ilə əvəzlənib. 1924–1928-ci illərdə Q.S.-ın bərpasına cəhd göstərilsə də, Böyük depressiya bu ideyanın gerçəkləşməsinə mane olub. Bundan sonra dünya ölkələri birdəfəlik olaraq Q.S.-dan kağız pul dövriyyəsinə keçib.
Tarix terminləri lüğəti