Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qısqanmaq [qısqammax] feil

1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi əzab çəkmək. □ Orda bütün gözlər səni süzərkən; Qısqanmağa başlayıram mən həmən. (H.Cavid).

2. Şübhələnmək, çəkinmək, ehtiyat etmək.
3. Çəkinmək, utanmaq, sıxılmaq.
4. Qibtə etmək, həsəd aparmaq, paxıllıq etmək. □ Uşaq kiçik qardaşını qısqanır.
5. Xəsislik etmək, əsirgəmək, acgözlük etmək.

Azərbaycan dilinin izahlı lüğəti