Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qır1

Basarkeçər, Şərur

Dəmyə.  Qır demi yerrərə de:rix' (Basarkeçər).

qır2

İmişli, Kürdəmir, Ucar

Əyri. □ Qır həvə ərişi qırıb tökür (İmişli); Qır ağac tikintidə yaramaz (Ucar).

qır3

Gəncə, Oğuz, Ucar

Arabada təkəri saxlamaq üçün oxa keçirilən dəmir hissə.  Qır olmasa, teleqi təkər oxda durmaz (Oğuz); Vəli aravıya qır saldı (Gəncə); Arabanın oxu qırın arasında fırranır (Ucar).

qır4

Balakən, Qax, Zaqatala

Sümük.

qır5

Salyan

Xəsis.

qır6

Salyan

Tamam, büsbütün. □ Ət qır yağdu.

Azərbaycan dilinin dialektoloji lüğəti