Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qılman ərəb

Cənnət xidmətçiləri, cənnətdə olan gözəl oğlanlar.

Heç bilmirsən fikrim, zikrim handadı,

O da mənim kimi yanhayandadı.

Öldürsən də bil ki, gözüm ondadı,

Dönübdür qılmanə, mahi-təvanə.

                                         (“Baxış-Leyla”)

                              *

Görəsən, dünya üzündə

Bir belə insan yoxmudu?

Behiştdə xəlq olunan

Huriyi qılman yoxdumu?

             (“Abdulla və Cahan”)

Azərbaycan dastanlarının leksikası