Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qüvvətli [qüvvətdi] sifət

1. Böyük fiziki qüvvəyə malik olan; çox güclü, çox sağlam. □ Qüvvətli adam. Qüvvətli əzələ. 
2. Böyük hərəkət qüvvəsinə malik olan. □ Qüvvətli motor. Qüvvətli maşın. 
3. Çox güclü; yaxşı silahlanmış, möhkəm; böyük müdafiə və hücum imkanlarına malik. □ Qüvvətli donanma. Qüvvətli ordu. 
4. Böyük nüfuz və qüdrətə malik. □ Qüvvətli dövlət. Qüvvətli hökmdar.
5. Əsaslı, inandırıcı, tutarlı, təsirli, çox mühüm. □ Qüvvətli dəlillər. Qüvvətli mühakimə.
6. Çox bacarıqlı, məharətli, istedadlı, öz işini yaxşı bilən. □ Qüvvətli yazıçı. 
7. Tərkibində qidalı maddələr bol olan, güclü. □ Qüvvətli yemlər.

Azərbaycan dilinin izahlı lüğəti