1. Yad ölkədə, yad yerdə olma, vətənindən uzaq ölkədə və ya yerdə olma; qəriblik. □ Qürbət aləmi, yar fəraqi məni aldı... (Heyran xanım).
2. Özgə yer, vətəndən uzaq yer, yad ölkə. □ Kərbəlayı Məhəmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörəkpulu qazansın. (C.Məmmədquluzadə).
3. Sifət kimi: vətəndən uzaq, yad, özgə, yabançı. □ Müddətdi düşmüşəm qürbət diyarə; Kimsədən olmadı dərdimə çarə. (Q.Zakir).