lat. primates, fr. primat – birinci, ilk
Meymun və insanın daxil olduğu plasentalı məməlilərin ən inkişaf etmiş dəstələrindən biri.
Ətraflarının beşbarmaqlı olması, baş barmağın yaxşı inkişaf etməsi, dik yerimək bacarığı, mükəmməl eşitmə və görmə qabiliyyəti, beyinin böyük həcmi və yüksək intellekt P.-ı digər məməlilərdən fərqləndirən əsas xüsusiyyətlərdir. Bu xüsusiyyətlər zəif formada özünü primitiv P.-da (yarımmeymunlarda) da büruzə verib, ali P.-da isə (meymunlar və insanda) yaxşı inkişaf edib.
Tarix terminləri lüğəti