Başqasının ədəbi, bədii, elmi əsərini mənimsəyib öz adı ilə təqdimetmə; ədəbi oğurluq.
Plagiat müəlliflik hüququnun pozulması hallarından biridir və aşkar edildikdə cəmiyyətdə güclü ictimai qınağa səbəb olur. Plagiatın nəzirə və istinaddan (sitatlardan) fərqi müəlliflik hüququ ilə bağlı qanunvericilik aktlarında müəyyənləşdirilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti