Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

piran fars

Qoca, ağsaqqal, ixtiyar.

Bir məhəlləsində yeddilər, beşlər,

Bir məhəlləsində bəzirgan işlər,

Bir məhəlləsində doqquz dərvişlər,

Bir məhəlləsində piran əyləşmiş.

                                     (“Əsli və Kərəm”)

                               *

Kərəm deyər, kam almadım dünyada,

Cəfa çəkdim, ömür verdim mən bada,

Məcnun kimi dolanaram səhrada,

Qocalmışam, piran oldum, belə bax.

                                           (“Əsli və Kərəm”)

                               *

Bəhram atasından ayrılıb bir ata süvar oldu, yola düşdü. Çox getdi, az getdi, çoxa, aza qərar qoya bilmərik, getdi, yol kənarında bir pirana rast gəldi. (“Bəhram-Gülxəndan”)

Azərbaycan dastanlarının leksikası