ing. pixel – şəklin elementi
Ekrandakı təsvirin ən kiçik elementi, ölçü vahidi. P. – ekranda ağ-qara, yaxud rəngli nöqtədir.
P. vasitəsilə ekranın parlaqlığı idarə olunur, şəkil, rəsm çəkilir, qrafiklər cızılır. Kompüterin monitorunun, kameranın, fotoaparatın, telefonun və s.-nin ekranında şaquli və üfüqi istiqamətdə P.-lərin sayı nə qədər çoxdursa, təsvirin keyfiyyəti də bir o qədər yüksək olur.
Jurnalistika terminləri lüğəti