Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

peşə davranışı

Peşə fəaliyyətinin xüsu­siyyətlərindən, həmçinin konkret şərait­dən asılı olaraq mütəxəssisin rəhbər qu­r­umlar, həmkarları, hakimiyyət or­qan­ları və əha­linin müxtəlif təbəqələri ilə müəyyən mə­nəvi prinsip və normalar əsasında tən­zimlənən münasibətləri.

Təcrübə gös­tərir ki, yüksək səviyyədə etik məsuliyyət formal çərçivələrə sığ­ma­yan, insanların cə­miyyətdəki möv­qe­yinə, mənəvi və fiziki sağlamlığına güclü, bəzən həlledici təsir göstərən peşə sahiblərindən – müəl­lim­lərdən, hüquq­şünaslardan, hə­kimlərdən, jurnalistlərdən tələb olunur. Jur­nalistikada P.D. termini «peşə etikası», «peşə əxlaqı» an­layışlarının sinonimidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti