1. Bir şeyi başqasının vasitəsilə xəlvəti əlinə keçirmək. □ ...bir yanda toy-büsat, bir yanda matəm; Şah qız oğurladır, rəzalətə bax. (M.Rahim).
2. Bir şeyin oğurlanmasına səbəb olmaq, başısoyuqluq, diqqətsizlik, sayıqsızlıq göstərərək bir şeyin oğurlanmasına imkan vermək. □ Çamadanını oğurlatmaq.