Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

nida [nida] isim ərəb

1. Hiss, həyəcan bildirən səs. □ Nisə xala! – deyə nida ucalanda qadın ətrafına baxındı. (Mir Cəlal).
2. Səda, səs. □ Yetir itmamə kim, bu şeri Hatifdən nida gəldi. (S.Ə.Şirvani).
3. Məcazi mənada: təlaş, iztirab, həyəcan. □ Onun danışığı da sual və nida ilə dolu olacaqdı. (Ə.Əbülhəsən).
4. Dilçilik. Hiss, həyəcan, arzu və istək və s. ifadə edən, dəyişilməyən nitq hissəsi; məsələn, ax! ah! eh! urra!

Azərbaycan dilinin izahlı lüğəti