Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

növbə [nö:bə] isim ərəb

1. Hər hansı bir işin icrasında ardıcıllıq, sıra qaydası. □ Məsələləri növbəyə qoymaq. Növbəyə riayət etmək.
2. Bu qaydada (bir-birinin ardınca) duraraq bir şey gözləyən adamlar sırası. □ Bilet üçün növbə. Kino kassasında böyük növbə var.
3. Bu sırada tutulan yer. □ Növbəsini başqasına vermək.
4. İşləyən, oxuyan, istirahət edən bir qrup adamın digər qrupu əvəz etdiyi zaman, vaxt. □ ...indicə növbədən çıxıb istirahət etməyə gedirdilər. (M.Rzaquluzadə).
5. Keşik, qarovul. □ Növbə çəkmək. Növbədə olmaq.
6. Hər hansı bir xəstəliyin müəyyən vaxtlarda özünü göstərməsi və ya güclənməsi.
7. “İlə” qoşması ilə yenə sıra, ardıcıllıq bildirir. □ Növbə ilə içəri girmək.

Azərbaycan dilinin izahlı lüğəti