Hər cür dərdi sağalda bilən əfsanəvi dərman, dava; əlac. (“Koroğlu” dastanının lüğəti)
Nigar xanım dedi:
– Qızlar, çavuş məndən qorxub, dil dodağı quruyub. Yazıqdı, mumyaya bir az yağ qatın, ona verin yesin, özünə də deyin ki, xanım deyir canına yazığı gəlsin, başını götürüb buradan qaçsın, yoxsa onu öldürəcəyəm.
Kəniz bir kasa yağlı mumya düzəldib Koroğluya verdi. Koroğlu əvvəl elə bildi ki, kəniz kasada ona şərab gətirir. Qız yaxınlaşdıqda gördü kasadakı yağlı mumyadı. Koroğlu kənizə “bu nədi?” – dedi.
Kəniz dedi:
– Bu yağlı mumyadı, xanım bir piyalə dedi, mən isə bir kasa gətirmişəm, götür ye, tez buradan başını götür qaç, yoxsa xanım səni öldürəcək. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası