1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol, əqrəb; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. □ Çarx mili. Dəyirman mili. Saatın milləri.
2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə. □ Səkinə .. milləri götürüb corab toxumaqla məşğul oldu. (M.İbrahimov).
3. Parçada zolaq, zol, xətt.
4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. □ Damın mili.
5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti.
6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə. □ Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. (“Aşıq Qərib”).
Fizika. Müxtəlif ölkələrdə müxtəlif uzunluğa bərabər məsafə ölçüsü.
Həmçinin bax: