Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

materik buzlaqları

Qurunun geniş sahələrini əhatə edən, qalınlığı kilometrlərlə, sahəsi milyon kvadrat kilometrlərlə ölçülən bütöv buz örtüyü.

Dağ buzlaqlarından fərqli olaraq M.B.-nın qidalanma sahəsi onun mərkəzi – ən yüksək hissəsində yerləşir. Müasir M.B.-nın ümumi sahəsinin (14,4 mln. kv2) 85,3%-i Antarktidanın, 12,1%-ı Qrenlandiyanın, 2,6%-i isə Kanada-Arktika arxipelaqı adalarının, İslandiyanın, Şpitsbergenin və Arktikanın başqa adalarının payına düşür.

Coğrafiya terminləri lüğəti