Mühasirə sözünün təhrifi. (“Koroğlu” dastanının lüğəti)
Variantlarda mahasıra şəklində də işlənir.
Qoşun gəlib dörd yanımız aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!.
Hər tərəfdən mansıraya saldılar,
Axırda olarıq zayıl, Eyvazxan!..
(“Durna teli”)
*
Deyilənlərə görə, o, bir dəfə cavanlıqda Alacalar dağında bərk dara düşüb, yeddi gün, yeddi gecə mansırada qalmışdı. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Padşah bunu eşidən kimi dedi:
– Bu Mirzənin oğludu, tutun onu!
Padşahın qoşunu Rövşəni dörd tərəfdən mansırıya aldı. (Paris nüsxəsi, 1-ci məclis)
Azərbaycan dastanlarının leksikası