fr. maquette < ital. maccietta – eskiz, model
1. Çap mediasında və poliqrafiyada – üzərində mətn qrankaları və illüstrasiyaların basma surətləri yapışdırılmış, gələcək nəşrin formatına uyğun vərəqlər.
2. Qəzetin, jurnalın, kitabın sınaq nüsxəsi.
3. Televiziyada – çəkilişin natura obyektlərini lentə almaq mümkün olmadıqda onların pavilyonda, yaxud studiyada müəyyən ölçüdə quraşdırılmış modeli, təsviri.
Obyektin qeyri-təbiiliyi ekranda nəzərə çarpmamaq üçün M. mümkün qədər dəqiq, detallı, miqyaslara uyğun olmalıdır.
4. Bir şeyin kiçik nümunəsi, dekorasiyanın, studiyanın həcm-fəza təsviri.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti