1. Mətbuat konfransları, müəllif gecələri, görüşlər, media işçilərinin iştirakı ilə bu kimi tədbirlər keçirmək üçün nəzərdə tutulmuş jurnalist mərkəzi.
2. Bəzi ölkələrdə kütləvi informasiya vasitələri redaksiyalarının, müxbir məntəqələrinin, həmçinin böyük mətbəənin yerləşdiyi bina, kompleks.
Misal: «Bu gün Qroznıda yaraqlıların 20 gün əvvəl yandırdıqları Mətbuat evinin təntənəli açılış mərasimi oldu: burada bütün respublika qəzetlərinin redaksiyaları, federal kanalların və informasiya agentliklərinin müxbir məntəqələri yerləşir» (RBK kanalı).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti