Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

mərə1

Yevlax

Pusqu. □ Sən mərədə dur, biz gedəy ovu ülküdəy gəlsin.

mərə2

Qusar

Arx.

mərə3

Cəbrayıl, İsmayıllı, Kürdəmir, Laçın, Oğuz, Sabirabad, Salyan, Şamaxı, Yevlax

Qığmərə oyunu üçün qazılmış çala. □ Molla diyandı mərədə (Salyan); Diyanın, ko de:l, qozdarı bir də mərəyə atağ, kim cüt salsa o:ndı (İsmayıllı); Mərədən qabağa-dala keşmə (Oğuz); Mərə qazın, qığmərə oynuyax (Yevlax).

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti