1. Geologiya. Faydalı qazıntılar, neft və s. çıxarılan yer. □ Qızıl mədəni.
2. Geologiya. Yer altından çıxarılan faydalı qazıntı (metal külçəsi, mineral və s.). □ Mədən çıxarmaq. Yeraltı mədənlər. Mədən suları.
3. Məcazi mənada: bir şeyin bol olan yeri; qoşulduğu sözün ifadə etdiyi şeyin bolluğunu, çoxluğunu bildirir. □ Qarabağ xanəndə mədənidir. (Ə. Haqverdiyev). Ey Fitnə, sən; Ağıl, kamal mədənisən! (A.Şaiq).
Həmçinin bax: