Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

məğmun [məğmun] sifət ərəb

1. Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş. □ Böyük özünü aldanmış saydığı kimi, Məhərrəm də özünü məğmun hesab edirdi. (Mir Cəlal).
2. Aciz, bacarıqsız, əfəl, əlindən iş gəlməyən. □ Bəhlul da kənd uşağı deyilmi? O da sənin kimi utancaq, məğmunun biri idi. (Mir Cəlal).
3. Heç bir şeyi olmayan, hər şeydən məhrum. □ Sənin arvadın vardır, bizim kimi məğmun deyilsən ki? (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti