Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

litologiya

yun. lithos – daş + yun. logos – elm, təlim

Müasir çöküntülər, çökmə süxurlar, onların mənşəyi, tərkibi, quruluşu və Yer kürəsində paylanması qanunauyğunluqlarını tədqiq edən elm sahəsi.

Petroqrafiyanın mühüm tərkib hissəsidir. Müasir L. stratiqrafiya, tektonika, paleocoğrafiya, geokimya, iqlimşünaslıq, biologiya, riyaziyyat və s. elm sahələri ilə sıx əlaqədə inkişaf edir. L.-nın başlıca metodları petroqrafik, mineraloji, kimyəvi, fasial analiz, habelə müqayisəli-litoloji metoddur.

Coğrafiya terminləri lüğəti