Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

geokimya

yun. geo – Yer + ər.kimya

Yerin kimyəvi tərkibini, Yer qabığında və onun daxilində kimyəvi elementlərin yayılması və miqrasiyası proseslərini öyrənən elm.

G. bir sıra bölmələrə ayrılır: fiziki G. (geokimyəvi proseslərin termodinamikası, nəzəri və eksperimental modelləşdirilməsi), litosferin G.-sı, hidrosferin G.-sı, regional G. (kimyəvi elementlərin ayrı-ayrı ərazilərin geoloji quruluşundan asılı olaraq yayılması, miqrasiyası), landşaft G.-sı (kimyəvi elementlərin landşaftdan, landşaft əmələgətirən faktorlardan asılı olaraq yayılması, miqrasiyası) və s. Bu termini elmə 1838-ci ildə alman kimyaçısı Kristian Şönbeyn daxil edib.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti