lat. stratum – lay, döşəmə + yun. grapho – yazıram
Süxur laylarının yatım ardıcıllığını, qarşılıqlı əlaqələrini, ilkin yatım formalarını, nisbi və mütləq yaşını tədqiq edən elm sahəsi, geologiyanın bir bölməsi.
Paleontologiya və geoxronologiya ilə sıx əlaqədə olan S. öz tədqiqatlarında paleontoloji, radiometrik, litoloji, geokimyəvi, paleocoğrafi və b. üsullardan istifadə edir. S. tədqiqatları nəticəsində Yerin ümumiləşdirilmiş vahid stratiqrafik şkalası tərtib edilib.
Coğrafiya terminləri lüğəti