Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

iqlimşünaslıq

Yer kürəsinin iqlimlərini iqlim əmələgətirən amillərin paylanması və zaman daxilində öyrənən elm sahəsi.

Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini səciyyələndirən, onların təsnifatını yaradan, dəyişməsinin coğrafi qanunauyğunluqlarını, iqlim əmələgətirən amilləri, iqlim komponentlərini və s.-ni öyrənən elm sahəsi. İ. astronomik şəraitlə fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərini tədqiq edir. Bu proseslər, əsasən, günəş radiasiyasının paylanmasından, həmçinin bir sıra digər təbiət hadisələrindən, antropogen amillərdən asılı olur. İ. coğrafiya elmləri sisteminə daxil olsa da, atmosfer fizikasının bir hissəsi olan meteorologiyanın əldə etdiyi nəticələrə əsaslanır. Atmosferin yuxarı təbəqələrinin iqlimini aeroiqlimşünaslıq, Yer səthinə yaxın hava təbəqəsinin iqlimini mikroiqlimşünaslıq, geoloji və tarixi keçmişin iqlimlərini isə paleoiqlimşünaslıq bölmələri öyrənir.

Coğrafiya terminləri lüğəti