Reklam
Reklam

Tarix terminləri lüğəti

legion

lat. legio < lego – toplamaq, yığmaq

Qədim Roma ordusunda əsas təşkilati və taktiki vahid.

L. piyada və süvari qoşundan ibarət olub. Daha qədim dövrlərdə yalnız müharibə dövründə maddi cəhətdən imkanlı vətəndaşlardan toplanan 3–5 min nəfərlik Roma ordusuna L. deyilib. Lakin e.ə. V–IV əsrlərdən etibarən ordu ayrı-ayrı L.-lara bölünməyə başlayıb və eramızın lap əvvəlində (imperator Avqustun dövründə) onların sayı 75-ə çatıb. Müxtəlif vaxtlarda bir L.-da 4,5 mindən 7 minədək döyüşçü olub. Hər L.-a sıra nömrəsi, həmçinin ad verilib, onun dirəyin ucuna keçirilmiş gümüş qartal şəklində gerbi olub. Eramızın IV əsrində Roma imperiyası iki hissəyə parçalanarkən Şərqi imperiyada 70, Qərbi imperiyada isə 63 L. var idi. XVII–XX əsrlərdə Fransa, İngiltərə, Almaniyada, Polşa və Rusiyada, əsasən, könüllülərdən və muzdlulardan ibarət bir sıra hərbi birləşmələr də L. adlandırılıb.

Həmçinin bax:

Tarix terminləri lüğəti