Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

ləvərə1

Cəbrayıl, Cəlilabad, İsmayıllı, Qazax, Quba, Naxçıvan, Salyan, Şamaxı

Səfeh, gic, şüursuz, qanmaz.  Ləvərə adamı ölsən də, başa sala bilməssən (Quba); Mınnan so:ra Mahmıda inanma, ləvərə:n biridi (İsmayıllı); Gədə lap ləvərədi ha, danışığına-zadına bax (Cəbrayıl).

ləvərə2

Cəbrayıl, İmişli, Kürdəmir, Quba, Oğuz, Salyan, Şuşa, Ucar, Zəngilan

1. Gücsüz, zəif (Cəbrayıl, Kürdəmir, Quba).

2. Tənbəl (Cəbrayıl, Quba, Şuşa, Ucar, Zəngilan).  Ləvərə Həsən həftədə bir addım atır (Ucar); Elman ləvərə uşaxdı (Cəbrayıl).

ləvərə3

Beyləqan, Füzuli, Salyan, İmişli, Kürdəmir, Qarakilsə, Quba, Meğri

1. Yarımçıq, vaxtından qabaq (doğulmuş) (Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qara-kilsə, Quba). □ Asəfin inəyi ləvərə doğmuşdu, qalmadı, öldü (Füzuli).

2. Qabığı bərkiməmiş yumurta (Meğri, Şamaxı).  Toyuğ ləvərə yumurta salıb (Şamaxı).

ləvərə4

Zərdab

Böyük daş parçası. □ O ləvərəni başua salaram.

ləvərə5

Qax, Oğuz, Şəki

Qaydasından iri, böyük. □ Başmağ çox ləvərədi (Şəki).

ləvərə6

Oğuz

Boş, bikar.

Azərbaycan dilinin dialektoloji lüğəti