Bədii obrazların hərəkəti, zahiri görkəmi və ya xasiyyətinə görə onlara verilən ad; ayama.
Ləqəblərdən yazılı әdәbiyyatda vә folklorda personajın xarakterinə, şәxsiyyәtinə, mühitinə eyham vurmaq mәqsәdilә istifadә edilir. M.Cəlalın “Bir gəncin manifesti” romanında Vəznəli kişi, S.Rəhimovun “Mehman” povestində Qaloş obrazları buna misal ola bilər. C.Məmmədquluzadənin əsərlərində ləqəb ifadəsi ayama şəklində verilib: “...Bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın. Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb...” (“Danabaş kəndinin əhvalatları”)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti