Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

löyün1

Gədəbəy, Kürdəmir, Qazax

Növ, cür. □ Axşama iki löyün xörəyimiz var (Kürdəmir).

löyün2

Gəncə, Qazax, Şamaxı, Şəki

Görkəm, görünüş. □ Sənin löyünün çoxpisdi (Qazax); Dağların löyünü dəgişib (Şamaxı).

löyün3

Göyçay, Qazax

Bəxt. □ Onun löyünü dönüb, bədbaxlıx basıf.

löyün4

Oğuz

Adət. □ Yerin löyününə pişmişi hərə bir cür pişirir.

Azərbaycan dilinin dialektoloji lüğəti