assur. Guti, akkad. Kuti-im, babil. Guti-u
Qədim dövrdə müasir Cənubi Azərbaycan ərazisində məskunlaşmış yarımköçəri tayfalar.
K.-in (bəzi mənbələrdə – qutilər) etnik mənşəyi və hansı dildə danışdığı məlum deyil. Bu tayfaların e.ə. III–II minilliklərdə yaşadıqları ehtimal olunur. Onların adına ilk dəfə e.ə. XXIII əsrə aid qaynaqlarda rast gəlinir. E.ə. 2200-cü ildə Akkadı darmadağın edən K. daha sonra Mərkəzi və Cənubi Mesopotamiyanı da ələ keçiriblər, bu ərazilərdə 100 ilə yaxın hökmranlıq ediblər. Bunun ardınca K. öncə məskunlaşdıqları ərazilərə – Cənubi Azərbaycana qayıdıblar. E.ə. I minillikdə isə həmin termin artıq Mesopotamiyadan şimalda və şərqdə yaşayan bütün xalqlara şamil olunub.
Tarix terminləri lüğəti