lat. color – rəng
Əsərin dilində, təsvir və təhkiyədə spesifik məqamların məcmusu; özünəməxsus tərz.
K. anlayışı daha çox obrazların nitqində, davranışında, məişətində təzahür edən “millilik” məfhumu ilə bağlıdır. Yazıçı öz əsərində bədii nitqin imkanlarından ustalıqla istifadə edərək milliliyin dərin qatlarına nə qədər çox nüfuz eləyirsə, əsərin milli K.-i bir o qədər bariz təzahür edir. Məsələn, İ.Şıxlının “Dəli Kür” romanında Cahandar ağa obrazı özünəməxsus daxili ziddiyyəti, geyim və davranışı ilə təkrarolunmaz K. yaradır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti