Reklam
Reklam

Tarix terminləri lüğəti

knyaz

pol. kniaź, çex. knize, ser.-xor. kněz

Slavyanlarda və bəzi digər xalqlarda feodal monarxiya dövlətinin, yaxud hər hansı digər siyasi sistemin (məsələn, udel knyazlığının) başçısı; zadəgan titulu.

Öncə K. tayfa, hərbi drujina rəhbəri olub. Tədricən K. hakimiyyəti hərbi demokratiya orqanından erkən feodal dövləti orqanına çevrilib. Məhz erkən feodal dövlətinin formalaşması prosesində tayfa knyazlıqları vahid K. hakimiyyəti altında birləşib. Nəticədə əvvəllər seçkili olan bu hakimiyyət hər hansı bir nəslin əlində cəmləşib (Rusiyada Rüriklər, Polşada Pyastılar, Çexiyada Prjemısloviçlər və s.). XVIII əsrədək Rusiyada K. rütbəsi irsi olub. XVIII əsrin əvvəlindən isə çar xüsusi xidmətlərinə görə yüksəkrütbəli əyanlara da eyni titulu verməyə başlayıb.

Tarix terminləri lüğəti