Reklam
Reklam

Tarix terminləri lüğəti

kiril əlifbası

863-cü ildə Bizans imperatoru III Mixailin göstərişi əsasında yunan maarifçiləri Kiril və Mefodi tərəfindən yaradılmış qədim slavyan əlifbası.

X–XI əsrlərdə K.Ə.-nda 43 hərf olub. Onlardan 25-i yunan əlifbasından götürülüb, 18-i isə slavyan dillərindəki spesifik səsləri bildirmək üçün yaradılıb. Sonralar K.Ə. dəfələrlə dəyişikliyə məruz qalıb. Təkcə XVIII əsrdə Rusiyada dörd dəfə (1708–1710, 1735, 1738 və 1758-ci illərdə) əlifba islahatı keçirilib. K.Ə.-nın sonuncu böyük islahatı 1917–1918-ci illərdə baş verib. Hazırda bu əlifbada 33 hərf var. Rusiya Federasiyasının bütün xalqları, eləcə də bir sıra cənubi və şərqi slavyan xalqları K.Ə.-ndan istifadə edirlər. 1940–1991-ci illərdə Azərbaycan dilinin qrafikası K.Ə. əsasında olub.

Tarix terminləri lüğəti