yun. chartes – papirus vərəqi + yun. diagramma – təsvir, rəsm
Hər hansı ərazi üzrə statistik göstəricilərin bilavasitə coğrafi xəritə üzərində diaqramlar vasitəsilə əks etdirilməsi, həmçinin bu göstəriciləri əks etdirən diaqram.
Ölkə, vilayət, yaxud rayon üzrə əhalinin sayı və tərkibi, sənayenin ümumi məhsulu və onun müəyyən müddət ərzində inkişafı, meşələrin sahəsi və onların növlər üzrə ayrılması, digər göstəricilərin coğrafi xəritələrdə K.-la əks etdirilməsi hallarına tez-tez rast gəlinir.
Coğrafiya terminləri lüğəti