Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kalka

fr. calque – surət, köçürmə

Başqa dilə xas olan mürəkkəb söz və ya frazeologizmin hərfi tərcüməsi.

K.-ların dilin zən­ginləşməsində böyük rolu var. Azərbaycan dilindəki «dəyirmi masa» (ing. round tab­le), «özünütənqid» (rus. самокритика), «be­yin həmləsi» (ing. brainstorming)  və bu ki­mi ifadələr müxtəlif dillərdən K. olaraq mə­nim­sənilib. Lakin tərcümədə, xüsusən fra­zeologizmlərin çevrilməsi zamanı K. çox vaxt dil xətalarına yol açır; məsələn, ingilis dilində «a hot potato» («isti kartof») ifa­dəsini hərfi tərcümə etmək olmaz, çünki bu dildə həmin ifadə «aktual mövzu» məna­sını verir.

Jurnalistika terminləri lüğəti