Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

kal1

Kürdəmir, Naxçıvan, Şəki

Kobud.  Əhməd, sən çox kal adamsan ha! (Naxçıvan); Bi dəfə mən unnan kal söz eşitməmişəm (Şəki).

kal2

Naxçıvan

Şiv, ağacın zoğu.  Ağaşdan bir kal kəsdim.

kal3

Salyan, Bakı

Ağır, zəif. □ Bilmirəm nedəndi, iki-üç gündi kal eşidirəm (Salyan).

Azərbaycan dilinin dialektoloji lüğəti