fr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Analitik materialların, publisistik və ədəbi-tənqidi məqalələrin dərc olunduğu dövri nəşr.
J.-lar arasında müxtəlif sahələrdə, o cümlədən ədəbiyyat sahəsində ixtisaslaşmış nəşrlər üstünlük təşkil edir. Onlar qəzetlərdən illüstrasiyaların bolluğu, formatlarının kiçikliyi və dövriliklərinin azlığı ilə fərqlənir. J.-lar dövriliyinə (həftəlik, aylıq, rüblük), məzmununa (ictimai-siyasi, ədəbi-bədii, elmi-kütləvi, peşə-ixtisas və s.), oxucu kateqoriyasına (uşaqlar, gənclər, qadınlar və s.), digər əlamətlərinə görə fərqləndirilir. Tarixdə ilk J. 1665-ci ildə Fransada işıq üzü görmüş “Journal des Savants” elmi nəşri hesab olunur. Azərbaycan mətbuatı tarixində ilk J. 1906-cı ildə çap olunan “Molla Nəsrəddin” satirik J.-ı sayılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti