Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

irəmə1

Kürdəmir

Rəf.  İrəmədə qab-qaşığ saxleyıllar.

irəmə2

Xanlar

Xam yer.

irəmə3

Cəbrayıl, Goranboy, Qazax, Tərtər, Tovuz, Yevlax, Zəngilan

1. Otlaq (Goranboy).

2. Su çıxmayan dərə-təpəlik (Qazax, Tərtər, Tovuz, Yevlax).  Ə:, niyə qırersan heyvanı bu irəmədə, bir az o yannara aparsana otduya (Qazax); Yo:şan irəmədə çox olor, su çıxmıyan yerdə (Tovuz); İlan-əğrəb irəmələrdə çox olur (Tərtər).

Azərbaycan dilinin dialektoloji lüğəti