Modernizm və postmodernizmdə bədii mətnin əsas növü və qurulma üsulu.
Mətnin sitatlardan və başqa mətnlərə reminissensiyalardan qurulmasını ehtiva edir. İ. bir mətnin başqası ilə əlaqələndirilməsi, mətnlərin qarşılıqlı təsiri vasitəsilə mənanın müəllifin istəyinə uyğun ifadəsini təmin edir. Postmodernist düşüncəsinə görə, hər bir mətn, əslində, intermətndir; başqa mətnlər burada müxtəlif səviyyələrdə, bu ya digər dərəcədə tanınan formalarda iştirak edir. Hər bir mətn “sitat”lardan toxunmuş parçadır, çünki həmişə mətndən əvvəl və onun əsasında dil mövcud olur. Buraya mədəni kodların, formulların, ritmik strukturların hissələri, idiomların fraqmentləri və s. daxil olur və bir-birinə qarışır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti