1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. □ Yaralı inildəyir.
2. Məcazi mənada: məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək. □ ..Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. (S.Rəhimov).
3. Məcazi mənada: həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. □ Kaman inildəyir.
4. Məcazi mənada: yazıq-yazıq mələmək. □ Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı).