1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək. □ Eşitdiyinə inanma, gördüyünə inan. (Atalar sözü).
2. Həqiqət bilmək, doğru bilmək, gerçək bilmək. □ Çox and içənin andına inanmazlar. (Atalar sözü).
3. Etibar etmək, bel bağlamaq. □ El qızına inanmaq olmaz. (Atalar sözü).
4. Ümid etmək, ümidvar olmaq, yəqin etmək, əmin olmaq. □ Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin, fəlakətin ilan nəfəsi. (S.Vurğun).
5. İlahiyyat. Etiqad etmək, iman gətirmək. □ İslam dininə inanmaq.
6. İlahiyyat. Mövcud olduğuna qane olmaq. □ Bəxtə inanmaq.
7. İnanmıram şəklində – şübhə bildirir. □ İnanmıram, bu gün yağış yağsın.
Həmçinin bax: