Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

host

ing. host – qonaq qəbul edən

1. Fərdi və ya ümumi istifadə üçün nə­zərdə tutulmuş müəyyən məlumatın şə­­­bə­­­kə­də yerləşdirilməsi üzrə xidmət gös­tərən ser­ver.

Bu məlumat sayt, bloq, elektron poçt, fayl formasında ola bilər. H. həm öz resurslarına girməyə imkan verir, həm də digər kompüterlərdəki məlu­mat­ların sax­lanılması və ötürülməsi prosesini idarə edir.

2. İnternetdə hər hansı sayta girişin icra edildiyi kompüter. Başqa sözlə, in­ternetdə H. – İP-ünvan deməkdir.

Bu, statistik baxımdan mühüm əhəmiyyət kəsb edir: saytların unikal istifadəçilərinin sayı H.-larla müəyyənləşdirilir: eyni kom­pü­ter­dən konkret sayta neçə giriş olursa-olsun, onlar hamısı bir unikal H.-a bərabər tutulur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti